“Penaltini Zidan kimi vurmaq istəyirdim” - Qrizman

penaltini-zidan-kimi-vurmaq-isteyirdim
Oxunma sayı: 2848

Dünya çempionu olan Fransanın ulduzu Antuan Qrizman açıqlama verib. “Qafqazinfo”nun məlumatına görə, futbolçu sevincini bölüşüb:

“Harada olduğumu bilmirəm. Bu dəqiqə o qədər xoşbəxtəm ki, heç bir şey düşünmək istəmirəm. Bura gələndə çempionluğa inanırdıq və qalib gəldik. Layiq idik”.

Qrizman yerinə yetirdiyi penalti haqqında danışıb: "Penaltini Zidan kimi vurmaq istəyirdim. Düşündüm bunu. Amma risk etmədim və açıq ayaqla vurdum".