Penitensiar xidmətdə kadr dəyişikliyi - Bir neçə rəisə yeni vəzifə verildi

Penitensiar xidmətdə kadr dəyişikliyi
Oxunma sayı: 12

Ədliyyə Nazirliyi Penitensiar xidmətdə kadr dəyişiklikləri baş verib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, əvvəllər 5 saylı cəzaçəkmə müəssisəsinin rəisi olmuş və ədliyyə orqanlarından tərxis edilmiş Etibar Məmmədyarov yenidən xidmətə bərpa edilib. O, 10 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin edilib.
 
6 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini Rasim Bayramov isə 7 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin olunub. R. Bayramov əvvəllər 11 saylı cəzaçəkmə müəssisəsinin rəisi, daha sonra 16  saylı cəzaçəkmə müəssisəsində rəis müavini vəzifələrində çalışıb.
 
10 saylı cəzaçəkmə müəssisəsinin rəisi olmuş Eyvaz Əsgərov isə 15 saylı cəzaçəkmə müəssisəsinə rəis müavini təyin edilib. E. Əsgərov nəqliyyat nazirinin keçmiş müavini Arif Əsgərovun qardaşıdır. 
 
Penitensiar xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəisi Mayıl Məmmədov isə vəzifəsindən azad edilib. O, Salyanda yerləşən 5 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsinə təyin olunub. Hazırda Tərbiyə İşinin Təşkili Vəzifəsinin rəisi vəzifəsini Emil Həsənov icra edir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi