Penitensiar Xidmətin binasında yanğın - Fotolar+ Yenilənib

penitensiar-xidmetin-binasinda-yangin
Oxunma sayı: 6544

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin inzibati binasında yanğın başlayıb.
 
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, Nəsimi rayonu, Nizami küçəsində yerləşən binada yanğını söndürmək üçün yanğınsöndürmə briqadaları cəlb olunub.
 
Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

***

Bakıda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin inzibati binasında baş vermiş yanğın söndürülüb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən məlumat verilib.