Pensiyada olan deputatların da təqaüdü artacaq

pensiyada-olan-deputatlarin-da-teqaudu-artacaq
Oxunma sayı: 1488

“Cari ilin sentyabrın 25-dən sonra pensiyada olan deputatların pensiyalarında da artımlar ediləcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu Əmək və Sosial Komitəsinin sədri Hadi Rəcəbli komitə iclasında deyib. O qeyd edib ki, deputatların əməkhaqqı artıb: “Ancaq pensiyada olan deputatların pensiyasında faktiki olaraq o artım baş verməyib. Onların da pensiyaları qanunla artmalıdır. Sentyabrın  25-dən ödəmələrə başlanılacaq. Onlar da pensiyalarını yanvardan artımla alacaqlar. Bu məsələ də öz həllini tapıb”.

Günel Türksoy