Pensiyalar nə qədər artdı? - Hesablama qaydası

pensiyalar-ne-qeder-artdi
Oxunma sayı: 10890

Xəəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

Əhalinin 2017-ci il üzrə gəlirlərinin nə qədər artdığı ilə bağlı yekun rəqəmlər açıqlanmadığı üçün pensiyaların nə qədər artdığı hələlik dəqiq bilinmir.

İqtisadçı-ekspert Natiq Cəfərli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, artımın 6,5- 7 faiz civarında olacağı gözlənilir:

“Bu vaxta qədər təqaüdlərin baza hissəsi indeksləşdirilirdi. Yəni, ölkədə yanvarın 1-nə qədər hansı inflyasiya səviyyəsi olurdusa, baza hissəsi də o qədər indeksləşdirilirdi.

Keçən ilin sonunda bu qaydalar dəyişdirildi. Artıq təqaüdlərin sadəcə baza hissəsinin yox, tamamının artırılması ilə bağlı qərar verildi. Yəni əhalinin nominal gəliri hansı səviyyədə olacaqsa, o qədər indeksləşəcək”.

N.Cəfərli qeyd edib ki, ötən ilin 11 ayına görə, əhalinin gəlirləri 6,5 faiz artıb. Doğrudur, hələ yekun rəqəm açıqlanmayıb, amma bunun 6,5- 7 faiz civarında olacağı gözlənilir:

“Obrazlı desək, 150 manat təqaüd alan şəxsin pensiyasına təqribən 10,50 manat artım gözlənilir. Yəni kim nə qədər pensiya alırsa, həmin rəqəm əhalinin gəlirlərinin faizinə (6,5- 7 faiz olacağı gözlənilir) vurulacaq”.

Fərid Ədalət