Pensiyaları martın 18-dək ala bilərsiz

pensiyalari-martin-18-dek-ala-bilersiz
Oxunma sayı: 638

SalamNews xəbər verir ki, bunu jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.
Onun sözlərinə görə, indi ölkənin bir sıra rayonlarında pensiyalar sahiblərinə çatdırılıb. Belə ki, Bakı, Sumqayıt şəhərində, Abşeron roayonunda, Naxçıvan Muxtar Respublikasında, ümumiyyətlə, qaçqın və məcburi köçkün əhalisi yaşayan rayonlara pensiyalar köçürülüb.

S.Müslümov deyib ki, hazırda fondun hesabında 70 milyon manatdan çox vəsait qalıb və bu, digər rayonlara köçürüləcək: "Köçürülmə sabahdan başlayaraq bu həftənin cümə gününə kimi başa çatdırılacaq. Pensiyaçılar bazar ertəsinədək pensiyalarını alacaqlar.”