Pentaqon rəhbəri Poroşenkonu qəbul edəcək

pentaqon-rehberi-porosenkonu-qebul-edecek
Oxunma sayı: 665

ABŞ müdafiə naziri Ceyms Mettis Pentaqonda Ukrayna prezidenti Pyotr Poroşenkonu qəbul edəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə nazirliyin məlumatında deyilir.

Bildirilir ki, görüş çərşənbə axşamına planlaşdırılıb. İctimai tədbirlər və bəyanatlar barədə məlumat verilmir.

Qeyd edək ki, iyunun 19-də Ukrayna prezidenti Pyotr Poroşenko amerikalı həmkarı Donald Trampla ilə Vaşinqtonda görüşmək üçün yola düşüb.