“Pentaqon” terrorçular üçün büdcədən pul istədi

“Pentaqon” terrorçular üçün büdcədən pul istədi
Oxunma sayı: 630

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 2019-cu ilin dövlət büdcəsində müdafiə xərclərində Suriyada fəaliyyət göstərən PYD/PKK terror təşkilatlarının da daxil olduğu 60-65 min nəfərlik qüvvəyə silah və texniki dəstək üçün maliyyə ayrılmasını tələb edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunun üçün 300 milyon dollarlıq büdcəyə ehtiyac olduğu bildirilib.

Məlumata görə, həmin maliyyənin 162,6 milyon dolları silah, nəqliyyat və digər ləvazimatlar üçün, 8 milyon dolları qida və geyim, 28 milyon dolları sığınacaq, 101,5 milyon dolları isə əməliyyatlara dəstək üçün nəzərdə tutulub.

Ehtiyac olduğu bildirilən silahlar sırasında 25 min ədəd “AK-47” (Kalaşnikov), 1500 ədəd pulemyot, 400 ədəd “RPG-7”, 95 ədəd snayper, 20 ədəd 60 mm top havan və 60 ədəd 120 mm top yer alıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi