“Pentaqon” terrorçulara yarım milyard pul ayırdı

pentaqon-terrorculara-yarim-milyard-pul-ayirdi
Oxunma sayı: 2036

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 2019-cu ilin büdcəsində YPG/PKK terror qruplaşmalarına da maliyyə ayırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Pentaqon” təlim-təchizat proqramı və sərhəd təhlükəsizliyi adı altında özünü Suriya Demokratik Qüvvələri (SDQ) adlandıran bu iki qruplaşmaya ümumilikdə 550 milyon dollar verəcək.

Məlumata görə, bunun 300 milyon dolları təlim-təchizat, 250 milyon dollar isə sərhəd təhlükəsizliyi üçün ayrılıb.