“Pentaqon”a mobil telefonla girmək qadağan olundu

“Pentaqon”a mobil telefonla girmək qadağan olundu
Oxunma sayı: 580

ABŞ-ın Müdafiə naziri Ceyms Mettis mobil telefon, ağıllı saat və hərəkəti izləyən elektron cihazlarla “Pentaqon”a girməyə qadağa qoyub.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, C.Mettis bu qərarı amerikalı əsgərlərin məşq zamanı ağıllı telefondan istifadə etməsi, görüntülər əsasında onların olduqları hərbi bazaların müəyyən edilə bilindiyi ortaya çıxdıqdan sonra verib.

“Pentaqon”dan verilən açıqlamada qeyd edilib ki, təhlükəsizlik məsələləri nəzərə alınaraq bu addım atılıb.

Qeyd edək ki, “Pentaqon”da təxminən 23 min nəfər işləyir və gizli məlumatların saxlanıldığı bölmələrdə ağıllı telefonların istifadəsi uzun müddət idi qadağan edilmişdi.

Ötən aydan etibarən bu qadağa “Ağ Ev”də də tətbiq edilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi