ABŞ Müdafiə naziri Ceyms Mattis ordunun Suriyadan çıxarılması ilə bağlı məlumata aydınlıq gətirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nazir ordunun terrorla mübarizəni davam etdirəcəyini bildirib.
“İŞİD-lə mübarizəmiz davam edir. Bu mübarizəni bölgədən dəstək alaraq genişləndirəcəyik”,- deyə C. Mattis vurğulayıb.