Pentaqonun keçmiş əməkdaşı casus çıxdı

Pentaqonun keçmiş əməkdaşı casus çıxdı
Oxunma sayı: 830

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon)  Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Ron Rokvell Hansenin Çinə casusluq etdiyi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyinin saytında bildirilib.Məlumata görə, 2006-ci ildən departamentdə çalışan 58 yaşlı Hansen 2014-cü ildə Çin kəşfiyyat idarəsi ilə əməkdaşlıq etməyə başlayıb. O, agentlərlə mütəmadi olaraq Çində görüşüb, ötürdüyü xəbərlərə görə yüz minlərə dollar alıb.

Ötən ilin iyununda Sietl hava limanında saxlanılan Hansen ABŞ-a məxsus məxfi məlumatları Çinə ötürdüyünü etiraf edib. Onu 15 ilədək həbs gözləyir.

Aysel Kərimova

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi