Pentaqonun müvəqqəti başçısı anidən Əfqanıstana getdi

Pentaqonun müvəqqəti başçısı anidən Əfqanıstana getdi
Oxunma sayı: 289

ABŞ müdafiə nazirinin (Pentaqon) səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanahan xəbər etmədən Əfqanıstana səfər edib.

“Qafqazinfo”nun “Associated Press” nəşrinə istinadən xəbərinə görə, o, “Taliban” terror qruplaşmasının nümayəndələri ilə sülh danışıqları çərçivəsində Əfqanıstanda ABŞ hərbi komandası ilə görüşmək niyyətindədir.

Şanahan bildirib ki, Əfqanıstan sakinləri müstəqil olaraq öz gələcəklərini müəyyən etməlidirlər.

Qeyd edək ki, Pentaqonun eks-rəhbəri Ceyms Mettis ötən ilin dekabrında istefa verib. P. Şanahan Mettisin müavini olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi