Pentensiar xidmətin əməkdaşı işdən qovuldu

pentensiar-xidmetin-emekdasi-isden-qovuldu
Oxunma sayı: 2452


Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, yanvarın 26-da Penitensiar xidmətin əməkdaşları tərəfindən Qobustanda yerləşən həbsxananın əməkdaşı ədliyyə kiçik giziri Süleymanov İlqar Əlisurət oğlunun üzərinə baxış keçirilib. Baxış zamanı ondan 1(bir) ədəd "Samsunq" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Ədliyyə kiçik giziri İ.Ə.Süleymanov Ədliyyə Nazirliyinin Penitensiar xidmət rəisinin əmri ilə tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarından xaric edilib.
Fakt üzrə materiallar prokurorluq orqanlarına göndərilib.

Qeyd edək ki, ədliyyə baş leytenantı Qasımov Cavid Rəhim oğlu da Ədliyyə Nazirliyinin Penitensiar xidmət rəisinin əmri ilə tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarından xaric edilib. Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti istintaq orqanlarına təqdim olunub.

Belə ki, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında inspektor vəzifəsində xidmət edən ədliyyə baş leytenantı Cavid Rəhim oğlu Qasımovun müəssisəyə daxil olarkən üzərinə baxış keçirilib. Baxış zamanı ondan 1(bir) ədəd sellofan bükülüdə xalis çəkisi 5,998 qram olan narkotik maddə "tiryək" aşkar olunaraq götürülüb.