Pərdə və plyonkalara qarşı reyd keçirilib

perde-ve-plyonkalara-qarsi-reyd-kecirilib
Oxunma sayı: 1448

Yol polisi avtomobillərdə pərdə, plyonka və rəngli şüşələrdən istifadə edənlərə qarşı reydə başlayıb.

DİN Mətbuat Xidmətinin Gəncə şəhərində regional qrupunun baş inspektoru Eşqin Qasımovun “Qafqazinfo”ya verdiyi məlumata görə, Göygöl rayonunda keçirilən reyd zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, qanunla istifadəsi qadağan olunmuş pərdə, plyonka və rəngli şüşələrdən istifadə edən, sürücülük hüququ olmadan, manevr və ötmə qaydalarını kobudcasına pozan sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Saxlanılan zaman 30-a yaxın sürücü barəsində protokol tərtib edilib. Onların arasında avtomobili sürücülük hüququ olmadan idarə edərək özünü və digərlərinin həyatını real təhlükə ilə üz-üzə qoyanlar da olub.