Peruda 8 baladək zəlzələ olub - 1 ölü, 11 yaralı+Yenilənib

Peruda 8 baladək zəlzələ olub
Oxunma sayı: 1049

Peruda 7,5 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təkanlar Moyobamba şəhərindən 191 kilometr məsafədə meydana gəlib.

Zəlzələdə dağıntılar, ölən və yaralananlar barədə hələlik məlumat yoxdur. Zəlzələ Braziliya, Kolumbiya və Ekvadorda da hiss olunub.

***

Zəlzələ zamanı 15-dən çox bina uçub, xəsarət alanlar var. Bu barədə ölkənin Fövqəladə Hallar üzrə Milli Mərkəzinin Tvitter səhifəsində yazılıb. Xəsarət alanların sayı öyrənilir. 

***

Zəlzələ nəticəsində bir nəfərin öldüyü, on bir nəfərin isə yaralandığı açıqlanıb. 
Yeraltı təkanlar 55 binanı yaşamaq üçün yararsız hala salıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi