Peruda təyyarə qəza enişi zamanı yanıb - Yaralananlar var

peruda-teyyare-qeza-enisi-zamani-yanib
Oxunma sayı: 643

Peruda "Peruan Airlines"ə məxsus "Boeing-737" sərnişin təyyarəsi qəza enişi edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki,  bu barədə yerli “RPP” portalı məlumat yayıb.

Hadisənin Xauxa şəhərinin hava limanında baş verdiyi bildirilib. İnsident zamanı təyyarəsinin göyərtəsində 138 sərnişin olub. Onlardan üçünün yüngül xəsarət aldığı vurğulanıb.

Qəzanın baş vermə səbəbləri məlum deyil.