Peruda zəlzələ olub

peruda-zelzele-olub
Oxunma sayı: 642

Peruda 5,6 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Geoloji xidməti məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla 21.45-də Kamana şəhərində 89 km şimal-qərbdə, 34 km dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barəsində məlumat yoxdur.