Pərvin 50 min təzminat tələb edə bilər...

pervin-50-min-tezminat-teleb-ede-biler
Oxunma sayı: 884

“Biz realiti şouda müqavilə imzalamışıq. Şərtlərə görə, iştirakçıların şəxsiyyətinə toxunmaq olmaz. Ancaq o xanım mənim ailəmə toxundu, heç kəs onun cavabını vermədi. Müqavilədə bu qaydanı pozan 50 min manat dəyərincə cərimələnəcəyi qeyd olunmuşdu”. 

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında aktrisa Pərvin Abıyeva deyib. “Maşın” şounun eks-iştirakçısı proqramda Kənan Mahmudova qardaş deməsinə belə aydınlıq gətirib:

“Məni kimisə qardaş gözündə görürəmsə, o insan sağ olsun. Belə bir şərait yaradıb ki, milyonların qarşısında ona qardaş demişəm. Kənanda sadiqliq, dostluq görmüşəm. Bizim bir-birimizi dəstəkləməyimizi qınayırlar. Amma əsl dost belə olar. Əvvəlcədən hamı anlamalı idi ki, mən Kənanla bir olacam. O insanın ailəsi mənim üçün çox doğmadır.  

Biz bir-birimizə qardaş deyirdik. Amma ordakı xanımla bəy “bacı” söhbətini ortaya çıxardı. Belə söhbətlərin yeri yoxdur. Geyimlərim sərbəstdir, o demək deyil ki, kimsə mənə bacı deyə bilməz? İnsanlar yanılır”. 

Pərvin Kənanın şoudan çıxmasından sonra reytinqlərin düşdüyünü söyləyib:

“Mənim kinim, stressim bir neçə saatlıqdır Xoşagəlməz şeylər oldu. İstəyirəm ki, həmin hadisələri aşkarlasınlar. Başları qarışıqdır, MGP-nın işləri çoxdur. İnanıram ki, məsələyə aydınlıq gətirəcəklər. Hər kəsi məni günahkar hesab edir. Məndəndə çox, Kənan şoudan gedəndən sonra reytinq azalıb. Bu mənim fikrimdir, özüm də baxmıram. Ətrafımda olan insanlar da belə rəy bildirir”. 

Fotolar: Nuran Məmmədov