Pərvin porşesini satır - 93 minə

pervin-porsesini-satir
Oxunma sayı: 5471

“Maşın” realitişi şousunun iştirakçısı Pərvin Abıyeva avtomobilini satmaq qərarına gəlib. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı baku.ws saytı yayıb. Aktrisanın “Porsche Cayenne” markalı maşını elan saytlarının birində paylaşılıb. 

Onun avtomobili 90 EP 333 nömrəsi ilə birgə 55 min dollara ( təxminən 93 min AZN) öz yeni sahibini gözləyir.  Elan sayta ötən gün yerləşdirilib. 

Bundan əlavə, “Maşın”ın dünənki buraxılışında həmin avtomobillə bağlı qalmaqal da meydana gəlib.  Müğənni Əli Mirəliyev səsverməyə çıxarkən hədəfinin aktrisa Pərvin Abıyeva olduğunu bildirib.  O, emosional çıxışı zamanı aktrisanın “Porsche”sinə də söz atıb. Mirəliyev “Hansı pulla almısan o bahalı maşını? Mən 50 ildir ki, mahnı oxuyuram, maşınım yoxdur” –deyib.  Daha sonra sənətçinin canlı efirdə mikrofonu söndürülüb.