“Pərvinin nömrəsi də yoxdur ki, zəng edəm” - Vaqif Əsədov + Fotolar

pervinin-nomresi-de-yoxdur-ki-zeng-edem
Oxunma sayı: 17149

Aktrisa Pərvin Abıyevanın avtomobili cərimə meydançasına yerləşdirilib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, "99 EP 333" dövlət qeydiyyat nişanlı, "Porche” markalı avtomobil hərəkətdə olarkən, üzərinə qoyulan həbslə bağlı Nəsimi rayonu ərazisində Yol-Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanılıb.

YPX əməkdaşları həmin avtomobilin Pərvin Abıyeva tərəfindən idarə olunduğunu müəyyən edib və avtomobilin cərimə meydançasına aparılacağını bildiriblər. Lakin aktrisa bu qərarla razılaşmayıb. Buna baxmayaraq, qanuna müvafiq olaraq, avtomobil evakuator vasitəsilə cərimə meydançasına yerləşdirilib. "Porsche” markalı avtomobilin sığortalanmadığı, bir neçə ödənilməyən cərimənin olduğu aşkarlanıb.

P. Abıyeva avtomobilinə həbs qoyulması ilə bağlı xəbərə münasibət bildirib.

Publika.az-a açıqlama verən sənətçi maşınına həbs qoyulmadığımı bildirib: “Avtomobilimə həbs qoyulmayıb. Cərimələr də protokol şəklində telefonuma gəlir. Yalan söhbətdir. Özlərindən gündə bir şey çıxarmasınlar. Müsahibə vermirəm deyə, indi də maşına keçiblər”.

***

Məsələ ilə bağlı Bakı şəhər Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov Yenicag.az-a açıqlamasında faktın araşdırıldığını bildirib:

“Nura Surini tanıyırdım, amma bu Pərvin deyilən qızı tanımıram. Telefon nömrəsi də yoxdur ki, zəng edib, özü ilə məsələni dəqiqləşdirim. Amma fakt araşdırılır. Yol hərəkəti haqqında qanuna əsasən kimliyindən asılı olmayaraq, bilərəkdən və ya bilməyərəkdən inzibati xətaya yol veribsə, cəzasız qalmayacaq. Bu şəxs müğənni, aktrisa da ola bilər, sıravi vətəndaş da. Əgər Pərvin Abıyeva da qaydanı pozubsa, cəriməsini ödəyəcək”.