Pərviz Mahmudov Sevda və Günaydan sonra kimə mahnı yazdı?

perviz-mahmudov-sevda-ve-gunaydan-sonra-kime-mahni-yazdi
Oxunma sayı: 707

Öz ənənəsinə sadiq qalan Pərviz Sevda Yəhyayeva və Günay İbrahimlidən sonra səhnədə ilk addımlarını atan daha bir gənc müğənniyə yeni hit mahnı təqdim edib. Bəstəkarın verdiyi məlumata görə, “Sevmə ürək” adlanan kompozisiyanı gənc müğənni Zarina ifa edir.

“Sevmə ürək” mahnısı lirik janrdadır. Bəstəkarın sözlərinə görə, o, Zarina ilə daha bir mahnı üzərində işləyir: “Zarina ilə növbəti mahnımız “Həyat səhnə adlanır”. Bu mahnın sözlərini isə yenə də Leyli xanıma məxsusdur. “Həyat səhnə” isə ritmi sevən dinləyicilər üçün nəzərdə tutulub”.

Nigar Məmmədli