Pərviz Müşərrəf Pakistana qayıdır

perviz-muserref-pakistana-qayidir
Oxunma sayı: 641

Təyyarədə çəkdirdiyi şəklini Twitterdə izləyiciləri ilə paylaşan keçmiş prezident yazıb ki, ana vətəninə getmək üçün təyyarədə öz yerini alıb: «Birinci Pakistandır!».

BBC-nin verdiyi məlumata görə, Pervez Musharraf qeyd edib ki, taliblər bundan əvvəl də dəfələrlə onun həyatına sui-qəsd törədiblər, lakin bu dəvə o əlavə təhlükəsizlik tədbirləri görməyə hazırdır. Keçmiş Prezidenti partiyasının Böyük Britaniyadan, Kanada və ABŞ-dan üzvlərinin də daxil olduğu 200-dən çox təfərdarı və jurnalistlər izləyir. Təyyarənin martın 24-də yerli vaxtla saat 15:00-da Pakistanın Karaçı şəhərinə enəcəyi gözlənilir.

Pervez Musharraf mayda keçiriləcək parlament seçkilərdə 2010-cu ildə yaratdığı İslam Birliyi Partiyası ilə iştirak etmək niyyətindədir.