Pərvizdən yeni xəbər

pervizden-yeni-xeber
Oxunma sayı: 1091


 “Qafqazinfo”nun məlumatına görə, yaradıcılıq işlərini uğurla davam etdirən bəstəkar bütün mahnılarının hit olmasının sirrini açıb: “Elə ilk yazdığım mahnı hit oldu. Məncə, mahnının hit olması ürəklə və hislərlə bağlıdır. Yəqin ki, dinləyicilər mənim ruhumu bəyənir. Həm də, ən əsası  mahnını müğənninin səsinə uyğun verirəm. çünki uyğun səsdə mahnı gözəl səslənir. Günay İbrahimlinin ifa etdiyi “Ola bilərdin” mahnısına klip çəkiləcəyi də gözlənilir. Bununla yanaşı İbrahimli ilə yaxın aylarda daha bir yaradıcı yeniliyə imza atacağıq”. 

Qeyd edək ki, Pərviz Mahmudov Röyanın ifasında “Bəlkə də”, “Son görüş”,  Aygün Kazımovanın “Alışdırma”, “Gəl, bax, gör”, Sevda Yəhyayevanın “Buz kimi”, “O zaman”, “De mənə”, “Sən”, “Saxta”, Günay İbrahimlinin ifasında “Səndən öncə, səndən sonra”, “İzlər”  kimi bir çox hit mahnıların müəllifidir.