Peşəkar Futbol Liqasının keçirdiyi lotereyaya qadağa qoyuldu

pesekar-futbol-liqasinin-kecirdiyi-lotereyaya-qadaga-qoyuldu
Oxunma sayı: 774

Komitədən “Qafqazinfo”ya verilən məlumata görə, aparılmış nəzarət tədbirləri nəticəsində Peşəkar Futbol Liqası tərəfindən 24 may 2011-ci il tarixində saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil edilən NBC Bank Azərbaycan kubokunun final oyununda lotereyanın keçirilməsinin planlaşdırıldığı aşkar edilib. Belə bir lotereyanın keçirilməsinin Azərbaycan Respublikasının lotereyalar haqqında qanunvericiliyinə zidd olduğunu nəzərə alaraq, QKDK tərəfindən Peşəkar Futbol Liqasından həmin lotereyanın dayandırılması tələb olunub.
QKDK Peşəkar Futbol Liqası tərəfindən keçirilməsi nəzərdə tutulan bu lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edir.

Nigar Məmmədli