Peskovdan Ermənistan açıqlaması

peskovdan-ermenistan-aciqlamasi
Oxunma sayı: 3192

Rəsmi Moskva Ermənistandakı vəziyyətlə 2014-cü ildə Ukraynada yaşananların müqayisə edilməsinə cavab verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezident Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dimitri Peskov Ermənistandakı hazırkı vəziyyətin sabitliyi pozmadığını söyləyib.

“Ümid edirik ki, sabitlik qorunur və yaxın gələcəkdə siyasi uyğunlaşma bərqərar olacaq".

Peskov Ermənistanda hərbçilərin də küçələrə çıxması ilə bağlı suala cavabında bu aksiyanın 2014-cü ildə Ukraynadakı dövlət çevrilişinə bənzəmədiyini deyib.

Xatırladaq ki, 2014-cü ildə Ukraynada başlayan etiraz aksiyaları prezidenti Viktor Yanukoviçin ölkədən qaçmasına səbəb olmuş, Ukrayna vətəndaş müharibəsinə sürüklənmişdi.