Peskovun qızının Türkiyə sevgisi...

peskovun-qizinin-turkiye-sevgisi
Oxunma sayı: 681

Türkiyəyə sevgisini hər dəfə dilə gətirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizavetta yaxın günlərdə Türkiyəyə gedəcək.

“Qafqazinfo”nun “Haberturk”ə istinadən verdiyi məlumata görə, gənc qız sosial şəbəkə hesabında Türkiyə türkcəsində paylaşdığı “Merhaba, Türkiye” mesajı ilə Antalya şəhərinə gedəcəyinin xəbərini verib. 

Hər çıxışında “Türkiyə Rusiya qədər vətənim sayılır” deyən Peskova paylaşımında dostluq mesajını da çatdırıb: “Türkiyə-Rusiya dostluğu üçün 8-13 iyun tarixlərində “Dosso Dossi Fashion Show”da görüşmək diləyilə...”.

Qeyd edək ki, Y. Peskova təxminən 1 həftə Antalyada qalacaq, turizm sahəsindən olan iş adamları ilə görüşəcək.