“Petek Dinçözü dəfələrlə döydüyünü görmüşəm”

petek-dincozu-defelerle-doyduyunu-gormusem
Oxunma sayı: 2029


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin proqrama qonaq olan sürücü Tanıyarın sənətçini  döydüyü haqda açıqlama verib:

"Can Tanrıyarın Petek Dinçözü döydüyünə də, evdən qovduğuna da şahid olmuşam. Tanrıyarın uşaqları ona nifrət edirdilər. Petek Dinçöz neçə dəfə xəstəxanalıq oldu. Petek xanımı xəstəxanaya mən aparırdım. Tanrıyarın İbrahim Tatlıseslə münasibəti pis idi, Sadettin Saranın məclisində Dinçözden Tatlısesə söz atmağını istədi. Gecədə hər kəs əylənərkən Dinçöz qalxdı və “İbrahim Tatlıses niyə 15-20 kişi ilə gəzir?” dedi və qiyamət qopdu. Avtomobilə mindiyimizdə isə Can Tanrıyar qəh-qəhə ilə gülürdü”. 

Proqrama zəng edən Tanrıyarın oğlu Anılcan "O sürücünü  tanımıram. Petek Dinçöz keçmişdə hər kəsə atamla evlənmək istədiyini deyirdi. İndi döyüldüyünü iddia edir. Pulu bitdi, ortaya çıxdı. Mən danışsam küçəyə çıxa bilməzlər"-, açıqlamasını verib.