Petekkayanın restoranına maşın belə girdi - Video

Petekkayanın restoranına maşın belə girdi
Oxunma sayı: 1316

Tanınmış aktyor  Erkan Petekkaya bir gündə iki dəfə ziyana düşüb. “Qafqazinfo” xəbər verir ki, gündüz saatlarında xanım sürücü idarəetməni itirərək aktyorun İstanuldakı restoranına girib. 

Həmin görüntülər “Duymayan Kalmasın” verilişində yayımlanıb. Videodan məlum olub ki, Petekkayanın obyektinə ciddi şəkildə ziyan dəyib. 

Bundan əlavə, axşam saatlarında həmin restoranda güclü yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilsə də, məkan külə çevirilib. 

Qeyd edək ki, bir müddət əvvəl Petekkayanın yaxtasında da güclü yanğın baş vermişdi. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi