Peyğəmbəri təhqir edən filmi öz aktrisası məhkəməyə verdi

peygemberi-tehqir-eden-filmi-oz-aktrisasi-mehkemeye-verdi
Oxunma sayı: 631

"Qafqazinfo"nun məlumatına görə, filmi elə kinoda çəkilmiş aktrisa Sindi Li Qarsia məhkəməyə verib. Aktrisa öz iddia ərizəsində filmi ərsəyə gətirən Nikala Baseley Nakoulanın onu aldatdığını, filmin ideyasını çəkilişdən sonra öz istəyinə uyğun dəyişdiyini bildirib.

Həmçinin aktrisa qeyd edib ki, filmin ümumiyyətlə dinlə əlaqəsi olmamalıydı və Ərəbistan çöllərində çəkilən filmin adı "Çöl döyüşçüləri" adını daşımalıydı. O, daha bir məsələylə bağlı məhkəməyə müraciət etməyi düşünür. Aktrisanın vəkili Kris Armeta məsələylə bağlı haqlı olduqlarını və məhkəmənin ədalətinə inandıqlarını dilə gətirib.

Raminə