Peyğəmbəri təhqir edən jurnalist bıçaqlandı

peygemberi-tehqir-eden-jurnalist-bicaqlandi
Oxunma sayı: 659

ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, hadisə Moskvada qeydə alınıb. "Exo Moskvı" radiostansiyasının əməkdaşı və "Mayak" radiosunun eksperti Sergey Aslanyan naməlum şəxslər tərəfindən bıçaqlanıb.

Bir neçə nəfərin hücumu nəticəsində 20 bıçaq yarası alan jurnalistə beyin silkələnməsi diaqnozu da qoyulub. Əməliyyat edilən Aslanyan reanimasiyaya yerləşdirilib.

Məlumata görə, may ayının 14-də o, efirdə Məhəmməd peyğəmbər (s.ə.s) haqqında təhqiramiz ifadələr, xüsusilə onun haqqında "palçıqdan knyazlığa" epiteti hazırlayıb. Bu müsəlman ictimaiyyətinin kəskin reaksiyasına səbəb olub.

Volqa-Kama Bulqarıstanında İslamın qəbul edilməsinin 1000 illik yubileyi münasibəti ilə tikilmiş və Tatarıstan Respublikasının Müsəlmanları Ruhani İdarəsinin Kazan mühtasibatlığına bağlı Qabanardı məscidinin imamı və dindarları, Həzrəti İshaq adına Dinlərarası Maarifçilik Mərkəzinin fəalları və Tatarıstan ictimaiyyətinin təmsilçiləri Aslanyanın təhqirləri ilə bağlı Rusiyanın baş prokurorluğuna müraciət ünvanlayıblar.

Hazırda jurnalistin xəstəxanada yatdığı palatada polis əməkdaşları növbə çəkir. Hücumun baş vermə şəraiti, hadisəni törədən şəxslərin kimliyi araşdırılır.