Peyğəmbəri yuxuda görüb bu əsəri yaratdı- - Video

peygemberi-yuxuda-gorub-bu-eseri-yaratdi-
Oxunma sayı: 3292


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, antaliyalı Şenol Vayvalako bu əsərin üzərində 5 il çalışıb. 

Əsma-ül-Hüsna (Allahın adları) işlənmiş nəhəng tablo 22 əyar qızılla örtülü fonda ağaç təbəqələr üzərində təmiz gümüşdən istifadə edilərək hazırlanıb. 

90 kq-lıq tablo 15 min laboratoriyada istehsal edilən almaz və 18 əyar ağ qızılla bəzənib. 

Vayvalako əsərini hazırlamaq üçün 300 min dollar pul xərcləyib. İndi onun yeganə istəyi tablosunu prezident sarayına hədiyyə etməkdir. 

Zərgərin sözlərinə görə, yeddi il öncə yuxusunda peyğəmbəri (s.ə.s) görüb. Bundan sonra o yuxuya biganə qala bilməyəcəyinə qərar verib və Allahın 99 adı olan Esma-ül Hüsnanı yaradıb. 

“Yuxumun arxasından getdim. Xeyirli bir şey etmək lazım idi. Bu yolda heç vaxt təslim olmadım. Üç hədəfim var idi. Birini etdim. İkincisi Çamlıca, üçüncüsü isə Kəbədə möhtəşəm əsər hazırlamaqdır. Tablonun arxa hissəsindəki ağac qızılla örtülüb. Gümüş hərflərin üzəri qaşlarla işlənib”.