“Peyk antenləri cəhənnəmdir”

peyk-antenleri-cehennemdir
Oxunma sayı: 1822


“Qafqazinfo”nun “Media forum” saytına istinadən verdiyi məlumata görə, Əhməd Xatəmi deyib: “Dini təbliğ edənlər dinin, əxlaqın qorunub saxlanması məsələsinə məsuliyyətlə yanaşmalı, bayağı virtual aləmdən və peyk antenlərindən istifadənin fəsadları haqda insanları məlumatlandırmalıdır.  
Bəzən xarici elmi verilişlərə baxmaq bəhanəsi ilə peyk antenləri evlərə yol tapır. Valideynlər övladlarının bu bəhanəsinə aldanırlar. Lakin onlar bilməlidirlər ki, peyk antenlərini alıb evə gətirmək cəhənnəmi evə gətirməkdir. Hamı bilməlidir ki, kimin evinin damında peyk anteni olsa, bu anten həmin evə od-alov gətirəcək”.