PFL “Keşlə” - “Neftçi” matçının stadionunu dəyişdirdi

PFL “Keşlə” - “Neftçi” matçının stadionunu dəyişdirdi
Oxunma sayı: 390

“Keşlə” klubu Peşəkar Futbol Liqasına müraciət edib. 

“Qafqazinfo” xəbər verir ki, paytaxt klubu ev oyunlarını keçirdiyi “İnter Arena”da dövlət əhəmiyyətli tədbirin təşkilini əsas tutaraq Topaz Premyer Liqasının 19-cu turunun matçının yerinin dəyişdirilməsini istəyib.

PFL “Keşlə” klubunun müraciətini və “Neftçi”nin razılıq məktubunu nəzərə alıb, aşağıdakı qərarları qəbul edib:

Topaz Premyer Liqasının 19-cu turunun “Keşlə” – “Neftçi” matçı 9 mart 2018-ci il tarixdə 8-ci km stadionunda keçirilsin.

19-cu turda meydan sahibi “Neftçi” klubu, hər iki klubun iştirakı ilə dördüncü dövrənin matçında meydan sahibi kimi “Keşlə” klubu təsdiq edilsin. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi