Pıçıltı ilə danışıb 100 minə yaxın pul qazanır - Video

picilti-ile-danisib-100-mine-yaxin-pul-qazanir
Oxunma sayı: 2637

Paylaşdığı videolarda pıçıltı ilə danışan İngiltərənin Bristol Universitetinin tələbəsi Lotti Fellouz ildə 45000 funt sterlinq (95952,36 AZN) qazanır.

“Qafqazinfo”nun məlumatına görə, onun videoları Yutubda hərəsi 245 min baxış sayı toplayır. Mühasibat uçotu və maliyyə ixtisası üzrə təhsil alan tələbə yetərincə gəlirli hobbisinin olduğunu etiraf edir.  

ASMR üzrə master dərəcəsi alan tələbənin pıçıltısı izləyicilərinə xoş təsir bağışlayır. Bu, onlara rahatlanmağa və yuxuya getməkdə kömək edir.