Pike etirazlara cavab verdi

Pike etirazlara cavab verdi
Oxunma sayı: 1396

“Barselona”nın futbolçusu Jerard Pike İspaniya millisində çıxışını davam etdirəcəyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, futbolçunun Kataloniyanın müstəqilliyi aksiyalarına dəstək verməsini azarkeşlər etirazla qarşılayıb. Pike isə etirazlara cavab vermək üçün mətbuat konfransı təşkil edib.

“Təhqirə məruz qalmaq və fitə basılmaq mənə xoş deyil. Amma milli komandanı tərk etmək məni fitə basanları haqlı çıxarmış olar. Müstəqillik tərəfdarı da İspaniya milli komandasında oynaya bilər. Müstəqillik tərəfdarı olmaq İspaniyaya qarşı olmaq demək deyil.

15 ildir millinin formasını geyinirəm. Bura mənə ailə kimidir. Milli komandada oynamaqdan qürur duyuram. Heç kim buna şübhə etməsin”,-deyə bildirib.

O, millinin kapitanı Serxio Ramosla arasında qalmaqal olması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. Pike “Serxio ilə münasibətim kifayət qədər normaldır. Hətta biznes sahəsində belə şərikli iş görəcəyik",deyə söyləyib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi