Pike İspaniya yığmasında karyerasını başa vurdu

pike-ispaniya-yigmasinda-karyerasini-basa-vurdu
Oxunma sayı: 2916

“Barselona”nın müdafiəçisi Jerar Pike İspaniya yığmasında karyerasını başa vurub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə futbolçu açıqlama yayıb: “İki həftə əvvəl Luis Enrike (İspaniya yığmasının baş məşqçisi) ilə danışdım və qərar qəbul edildi. Avropa və Dünya çempionatları mənim üçün çox möhtəşəm dövr idi. Bütün qüvvəmi bundan sonra “Barselona”ya sərf etmək istəyirəm”. 

Qeyd edək ki, 31 yaşlı Pike İspaniya millisində 2009-cu ildən debüt edir. O, millidə 103 matça çıxıb.