Pike “Real”a ilişdi - “Dəyərlərini sevmirəm”

pike-reala-ilisdi
Oxunma sayı: 644

“Barselona”nın futbolçusu Xerar Pike komandasının əzəli rəqibi olan Madrid “Real”ı ilə bağlı növbəti dəfə maraqlı açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, katoloniyalı futbolçu heç vaxt “kral klubu”nda çalışmayacağını vurğulayıb: “Real”ın sahib olduğu dəyərləri sevmirəm. Hətta klubun əfsanəsi Raul Qonsalesin Madridə olan sədaqətindən şübhəliyəm. Mən heç vaxt “Real”da çalışmayacam. O komandada çox yaxşı dostlarım var və onlara hörmətlə yanaşıram. Lakin klubdakı işlərin necə getdiyini çox yaxşı bilirəm. Ümumiyyətlə, “Real”dan xoşum gəlmir”.
 
Bir müddət öncə hakimlər barədə xoş olmayan ifadələr işlətdiyi üçün cəzalanan müdafiəçi referilərin "Real"a köməklik etdiyini söyləyib: "Mənimlə PSJ ilə oyundakı hakim səhvlərindən danışmaq istəyirsiniz? Niyə heç kim ötən il Çempionlar Liqasının finalında Serxio Ramosun oyundankənar vəziyyətdən vurduğu qolu müzakirə etmir? Hakimlər məni haqsız yerə cəzalandırıblar".
 
"Kral klubu"nun kapitanı Serxio Ramosun isə Pikeyə belə cavab verib: "Pikenin danışdıqları nə klubumuzun dəyərini nə də aldığı kubokları dəyişdirməyəcək. Əgər hakim köməyindən danışılırsan, bu məsələdə "Barselona" susmalıdır".
 
Qeyd edək ki, Pike tez-tez “Real”la bağlı qalmaqallı açıqlamalar verir.