Pilot layihə 5000 şagirdi əhatə edəcək

Pilot layihə 5000 şagirdi əhatə edəcək
Oxunma sayı: 948

Dekabrın 25-də Təhsil Nazirliyində informatika fənninin yeni formatda tədrisi üzrə pilot layihəyə başlanılmasına dair brifinq keçirilib.

"Qafqazinfo" xəbər verir ki, brifinqdə informatika fənninin tədrisi üzrə pilot layihənin rəhbəri Fəxri Qurbanov məlumat verib ki, layihə informasiya texnologiyaları (İT) sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan "Alqoritmika" beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilir.

Pilot layihə alqoritmik düşüncə və məntiqin, layihə işləmə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədini daşıyır. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal  bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir. 

Ümumi təhsil müəssisələrinin beşinci siniflərini əhatə edən  layihə cari ilin sentyabrından Bakının 23 və 24 nömrəli tam orta məktəblərində tətbiq olunub.  Noyabr ayından isə layihəyə Bakı şəhəri 27, 145, 240 nömrəli tam orta məktəbləri, 132-134 nömrəli təhsil kompleksi və 160 nömrəli Klassik Gimnaziya qoşulub. 2018-ci ilin fevralından isə belə məktəblərin sayının 40-a çatdırılması planlaşdırılır. Beləliklə,  yaxın müddətdə  pilot layihənin 5000 şagirdi əhatə edəcəyi nəzərdə tutulur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi