Pilot siqaret çəkdi, təyyarə düşməyə başladı - Təhlükəli anlar

pilot-siqaret-cekdi-teyyare-dusmeye-basladi
Oxunma sayı: 3319

Çində yardımçı pilotun elektron siqaretdən istifadə etməsi təhlükəli anlara səbəb olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Honkonqdan Daliana uçan Boeing 737 tipli təyyarə göyün 8 min metrliyində gözlənilmədən hündürlüyü itirməyə başlayıb. Təxminən 10 dəqiqə hündürülüyü itirməyə davam edən təyyarədə oksigen maskaları işə düşüb. 

Sərnişinlər qorxudan qışqıraraq ağlamağa başlayıblar. Enişi 3 min metr hündürlükdə dayandırmaq mümkün olub. Çinli mütəxəssislər araşdırma nəticəsində pilotun elektron siqaret çəkdiyini, nəticədə göyərtədə oksigen səviyyəsinin azaldığını təsbit ediblər.