Pilotla vida mərasiminə jurnalistlər buraxılmır

Pilotla vida mərasiminə jurnalistlər buraxılmır
Oxunma sayı: 3541

Polkovnik-leytenant Rəşad Atakişiyevlə vida mərasiminə jurnalistlər buraxılmır.

“Qafqazinfo” xəbər verir ki, saat 10:00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində (TTM) planlaşdırılan mərasimə gələn mətbuat işçiləri qapıda qalıb. 

Nəzarət məntəqəsində onlara bildirilib ki, jurnalistlərin tədbirdə iştiraklarına icazə yoxdur. 

Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətindən açıqlama almaq mümkün olmayıb.

Xatırladaq ki, nəşi 27 gün sonra tapılan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyev bu gün II Fəxri Xiyabanda dəfn olunacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi