Pilotlar havada yumruq davasına çıxdılar

pilotlar-havada-yumruq-davasina-cixdilar
Oxunma sayı: 2862

İraqda uçuş zamanı təyyarənin pilotları yemək üzündən bir-biri ilə yumruq davasına çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 157 sərnişin daşıyan, Məşhəd-Bağdat reysini həyata keçirən laynerdə əvvəlcə pilotlar yemək üstündə mübahisəyə başlayıblar. Daha sonra bu mübahisə yumruq davasına çevrilib. Sərnişinlərin həyatını təhlükəyə atan pilotların bu davranışı İraqın Nəqliyyat Nazirliyini hərəkətə keçirib. Pilot Raad Məhəmməd Yaqub təqaüdə çıxarılıb, Əli Əhməd Saleh Tiveciri isə vəzifəsindən uzaqlaşdırılıb.

Onların hər ikisinin pilot lisenziyası ləğv edilib.