Pirallahıya su çəkilir

pirallahiya-su-cekilir
Oxunma sayı: 650


ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, magistral xəttin Ceyranbatan sutəmizləyici qurğular kompleksindən Qala qəsəbəsinədək olan 61 km-lik hissəsinin 33 km-də işlər yekunlaşıb. Hazırda kəmərin qalan hissəsində qaynaq və boruların xəndəyə düzülməsi işləri həyata keçirilir. İçməli suyun özüaxımlı rejimdə nəqlini həyata keçirmək məqsədi ilə Abşeron rayonu ərazisində “+ 118 Atyalı” su anbarı inşa edilir. Artıq Ceyranbatan sutəmizləyici qurğular kompleksindən həmin anbara qədər diametri 1620 mm, uzunluğu 11 km olan xəttin tikintisi yekunlaşmaq ərəfəsindədir. Magistral xəttin Ceyranbatan sutəmizləyici qurğular kompleksindən Qala qəsəbəsinədək olan hissəsinin tikintisi cari ilin avqust ayında yekunlaşacaq və bu istiqamətdə yaşayış məntəqələrinə içməli suyun verilməsi təmin ediləcək.

İşlərin keyfiyyətlə və vaxtında icrasını təmin etmək məqsədi ilə magistral xəttin tikintisində qabaqcıl texnologiyalardan istifadə olunur. Azərbaycanda ilk dəfə olaraq magistral xəttin çəkilişi avtomatik qaynaq aparatları vasitəsi ilə aparılır.