Piratlar Nigeriyada əcnəbiləri girov götürüb - Detallar açıqlandı

piratlar-nigeriyada-ecnebileri-girov-goturub
Oxunma sayı: 1246

Liberiya bayrağı altında üzən Almaniyaya məxsus “Pomerania Sky” adlı gəminin Nigeriyanın 2 gün öncə Onne limanı yaxınlığında piratların hücumuna məruz qalması ilə bağlı təfərrüatlar məlum olub.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, piratlar 20 nəfərlik heyətdən 11-ni girov götürüblər.

Onların 8-i polşalı, 2-si filippinli və 1-i isə ukraynalıdır.

Polşa xarici işlər naziri Yaçek Çaputoviç girovların xilas edilməsi üçün diplomatik danışıqlar aparıldığını bildirib.