Pireneylilərin yarımfinalı

pireneylilerin-yarimfinali
Oxunma sayı: 648

“Qafqazinfo”nun verdiyi xəbərə görə, turnirdə mübarizə aparan hər 3 İspaniya təmsilçisi yarımfinala adlayıb.
“Atletiko Madrid” “Hannover”lə oyunda ilk görüşdə olduğu kimi 2:1 hesablı qələbə qazanıb. “Valensiya” “AZ Alkmaar”dan ilk oyundakı minimal hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb – 4:0. Səfərdə “Şalke”ni 4:2 hesabıyla üstələyən “Atletik” isə evdə rəqibiylə “sülh bağlayıb – 2:2.
Yarımfinala digər vəsiqəni isə “Sportinq” qazanıb. Lissabonlular “Metallist”lə sərfəli heç-heçə əldə edib.
Beləliklə, Avroliqanın yarımfinal mərhələsində 3 ispan, 1 portuqal klubu olmaqla Pireney yarımadasının 4 klubu mübarizə aparacaq. “Atletiko Madrid” “Valensiya” ilə, “Sportinq” isə “Atletik” ilə finala vəsiqə uğrunda mübarizə aparacaq.

00:05. "Hannover" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya) - 1:2 (ilk oyun - 1:2)
Qollar: Adrian Lopez, 63 (0:1), Diouf, 81 (1:1), Falkao, 87 (1:2)

00:05. "Metallist" (Xarkov, Ukrayna) - "Sportinq" (Portuqaliya) - 1:1 (ilk oyun - 1:2)
Qollar: R.Van Volfsvinkel, 45 (0:1), Kristaldo, 57 (1:1)

00:05. "Valensiya" (İspaniya) - "AZ Alkmaar" (Hollandiya) - 4:0 (ilk oyun - 1:2)
Qollar: Rami, 15 (1:0), 18 (2:0), Jordi Alba, 56 (3:0), Pablo Hernandez, 81, (4:0)

00:05. "Atletik" (Bilbao, İspaniya) - "Şalke" (Almaniya) - 2:2 (ilk oyun - 4:2)
Qollar: Hyuntelar, 29 (0:1), İbia Qomeş, 41 (1:1), Raul Qonzales, 53 (1:2), Susaeta, 55 (2:2)

Ceyhun Əhmədov