Pırvanov Bakıya gəldi

pirvanov-bakiya-geldi
Oxunma sayı: 646

“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Milli geyimli uşaqlar Bolqarıstan Prezidentinə gül dəstəsi təqdim etdilər.

Hava limanının ali qonaqlar üçün salonunda Prezident Georgi Pırvanov və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.