“Pis əməlləri boynuma qoymağa çalışan...” - Stilist Şəfəq

“Pis əməlləri boynuma qoymağa çalışan...”
Oxunma sayı: 7258

Xalq artisti Ramiz Novruzun qızı, tanınmış stilist Şəfəq Novruzova ölkədən getməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Qafqazinfo” xəbər verir ki, xalq artistinin qızı gec-tez Azərbaycandan gedəcəyini qeyd edib:

Şəfəq vurğulayıb ki, ona dəyər verən insanların sayı çox azdır:

“Azərbaycanı, sevdiyim vətənimi, Bakımı bu gecə tərk etdiyim şayiə, yalan olsa da, amma nə vaxtsa, gec-tez, bəlkə də yaxın zamanlarda tərk edəcəyəm. Bu, mənim qəti fikrimdir. Dostlarım, müştərilərim bu cümləni mənim dilimdən tez-tez eşidir, gördüyüm qədər mənim kimi işinin peşəkarı, sənətimizlə bağlı, dünyada olan bütün yenilikləri, məşhur stilistlər tərəfindən keçirilən ustad dərslərin təşkilatçısı və s. öyünəsi xarakterim ola-ola, ən əsası da gəlinlərin qəlbini sevindirən Şəfəqə bu ölkədə dəyər verən çox azdır deyəsən. Mən həmişə düşünürdüm ki, niyə axı həmişə yaxşı həkimlər, aktyorlar, müğənnilər, iş adamları Azərbaycanı tərk edib başqa dövlətlərdə yaşamaq istəyirlər?

Sən demə biz, talantlı, xalqa xidmət edən, təmiz çalışan, bir az adı yüksələn insanlara dəyər vermirik. Heyif ki, həmkarlarımın məndən zəhləsi gedir, məni gözdən salmaq istəyirlər. Sizə bir misal çəkim. Bu sözləri hər gün eşidirəm. Müştərilərim deyir ki, başqa salona getmişdim. Soruşdular ki, səni gəlin kimi kim bəzəyəcək? Müştəri də cavab verib ki, Şəfəq!

Deyiblər ki, vay, səni pis günə qoyacaq. Soruşdum ki, hansı salona getmişdiz? Müştəri unutduğunu deyir. Yadda qalmaq üçün oaxıllıq etmək, qeybət qırmaq, gözdən salmaq yox, iş görmək lazımdır. Azərbaycandan nə vaxtsa getmə səbəbim isə haqqımı tapdalayıb, dəyər verməyib, pis əməlləri boynuma qoymağa çalışan üzdən iraq həmkarlarım və saytlardır”.

Qeyd edək ki, Şəfəq bir neçə gün bundan əvvəl erməni əsilli olduğu iddia edilən məşhur stilist Georgi Kot ilə fotosunu paylaşmışdı



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi