Piyada hadisə yerində öldü

piyada-hadise-yerinde-oldu
Oxunma sayı: 652

Dekabrın 21-i saat 19:00 radələrində Bakı - Mərdəkan yolunda Mübariz Əliyev idarə etdiyi «VAZ-2106» markalı avtomaşınla Ələsgər Ələkbərovu vurub. Piyada hadisə yerində ölüb.

Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Rəhman Hümbətov tutulub.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178 (dələduzluq) maddəsi ilə axtarışda olan İkram Ələsgərov tutulub.

Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şamaxı rayon sakini Səfər Əsgərovdan 2 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.