Piyada həlak oldu

Piyada həlak oldu
Oxunma sayı: 682

Bakıdan Sumqayıta gedən yolda avtomobil piyadanı vuraraq öldürüb.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Binəqədi rayonu ərazisinə düşən hissəsində baş verib.

"90-NK-668" dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı avtomobil qəfil yola çıxan təxminən 30-35 yaşlı kişini vurub.

Sürücü yaralını xəstəxanaya çatdırsa da, o, həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb.

Araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi