Piyada keçidində piyadanı vurub öldürdü

piyada-kecidinde-piyadani-vurub-oldurdu
Oxunma sayı: 2337

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, yanvarın 18-də saat 19 radələrində Səbail rayonunun Parlament prospektində Bakı şəhər sakini Sabir Talıblı idarə etdiyi “Mazda” markalı avtomobillə piyada keçidindən yolu keçən Cəbrayıl rayon sakini Lalə Sadayzadəni vurub və nəticədə piyada hadisə yerində ölüb.

Səbail RPİ tərəfindən araşdırma aparılır.